Qeyd edim ki, Ermənistanın maksimum silahlanması belə Azərbaycanın hərbi gücü ilə müqayisəyə gələ bilməyəcək dərəcədə olduqca zəifdir və bu tendensiya getdikcə Azərbaycanın lehinə yenə də artmaqda davam edəcəkdir.
Bu sözləri “Veteninfo.az”a Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun elmi əməkdaşı, siyasi şərhçi Ərəstun Baxşəliyev bildirdi
Azərbaycan hazırda dünyada silahlanma göstəricilərinə görə ilk yerlərdən birini tutur. Son dövrlərdə alınan silahların böyük əksəriyyəti isə demək olar ki, ən modern silahlardır və bu silahlar Azərbaycan ərazilərinin bütünlüklə işğaldan azad edilməsi və Ermənistanın təslimçi sülhə imza atması üçün Ermənistana qədər irəliləməsi üçün kifayət qədər yetərlidir”,-deyə siyasi şərhçi qeyd etdi.
Analitik hazırda Azərbaycan tərəfi yenə də modern silahların alınması üçün müxtəlif ölkələrlə əməkdaşlıq etdiyini söylədi: “Bununla kifayətlənməyən Azərbaycan eyni zamanda Mudafiə Sənaye Komplekslərinin məhsul keşidliyinə də xüsusi olaraq önəm verir. Və bu sahədə ən modern, yəni, yeni müharibə qaydalarına cavab verə biləcək silahlar istehsal edir. Azərbaycan ordusu bu gün Cənubi Qafqazda ən üstün orduya sahibdir. Maraqlı cəhət isə ondan ibarətdir ki, Azərbaycan bu gün öz hərbi potensialını heç də Ermənistanın hərbi potensialina nəzərən artırmır. Bu ordu eyni zamanda Ermənistanda olan bütün hərbi potensiala nəzərən artırılır və bu göstəricilər demək olar ki, çoxdan aşılmışdır. Fikrimcə başlayacaq müharibə cox da uzaqda deyil və bu gücün hansı səviyyədə olmasını qarşı tərəf də tezliklə müşahidə edəcəkdi”.