Azərbaycan diaspor təşkilatının sədr müavini intihar etdi

Azərbaycan diaspor təşkilatının sədr müavini intihar etdi
Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Abbas Murad Danışmalı bu gün İstanbulda intihar edib.
 
Bu barədə APA-ya dərnəyin sədri Səfər Qaraqoyunlu məlumat verib.
 
Onun sözlərinə görə, A. M. Danışmanlı bu gün səhər yeməyini yedikdən sonra özünü 6-cı mərtəbədə yerləşən evinin pəncərəsindən atıb. Hadisə baş verən vaxt onun həyat yoldaşı da evdə olub.
 Səfər Qaraqoyunlunun sözlərinə görə, 64 yaşlı Abbas Murad Danışmalı bir müddətdir, psixoloji problemlərinə görə müalicə alırmış.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az