Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından yeniliklər

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından yeniliklər

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilatçılığı ilə          Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mini-futbol üzrə yarışmada iştirak etmişdir. Yarışmanı giriş sözü ilə açan Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova və teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin elm, təhsil, mədəniyyət, teatr və idman sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açaraq, həvəskar futbolçuların yarışa ciddi hazırlaşdıqlarına inandıqlarını və yüksək oyun texnikası göstərəcəklərinə əminliklərini vurğulamışlar. 

Üç gün davam edən yarışmada teatrımızla yanaşı, Akamedik Milli Dram, Opera və Balet Teatrları da iştirak etmişlər. 

Maraqlı oyun nümayiş etdirən Gənc Tamaşaçılar Teatrının oyunçuları yarışmada ikinci yeri qazanaraq diplom və pul mükafatına layiq görülmüşlər. 

...Daim maraqlı repertuar siyasəti sərgiləyən, beynəlxalq festivallarda iştirak edən teatr daha bir səfərə hazırlaşır. Belə ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yaxın günlərdə növbəti Beynəlxalq Teatr Festivalına qatılmaq üçün dəvət almışdır. Kollektiv bu il may ayının 12-19 tarixlərində Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Türkiyə Cümhuriyyətinə səfər edəcəkdir. 

Sözügedən festivalda teatr tanınmış alman yazarı Patrik Züskindin psixoloji dram janrında hazırlanmış “Kontrabas” adlı monotamaşa ilə çıxış edəcəkdir. 

Tamaşada kontrabasçı rolunu Əməkdar Artist Şövqi Hüseynov ifa edir. 

Məlumat üçün bildirək ki, həmin tamaşa bu ilin aprel ayında Kolombo II Beynəlxalq Teatr Festivalında nümayiş olunmuş və festivalın əsas mükafatına layiq görülmüşdür.  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az