Azərbaycan ən yeni döyüş təyyarələri aldı FOTO
Təyyarə Pakistanda istehsal edilir
Azərbaycan ən yaxın tərəfdaşlarından olan Pakistandan 10 təlim təyyarəsi alıb.
Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) ilə Pakistanın "Pakistan Aeronautical Complex" təşkilatı arasında "Super Mushshak" təlim təyyarələrinin alğı-satqısına dair müqavilə imzalanıb. HHQ komandanı general-leytenant Ramiz Tahirov və PAC sədri general mayor Ərşad Malikin imzaladığı müqavilədə Azərbaycana 10 ədəd "Super Mushshak" təyyarəsinin çatdırılması nəzərdə tutulur .
Saziş həmçinin təlimin keçirilməsini və texniki yardım göstərilməsini nəzərdə tutur.
Qeyd edək ki, Bu tipli təyyarə artıq Türkiyə, Nigeriya, Qətər Səudiyyə Ərəbistanı, Oman, İran və CAR-da istifadə olunur. "Super Mushshak" ən müasir avadanlıqlarla təhciz edilib, bu isə onu sinfində ən yaxşı hərbi təlim qurğusu edir.
İstiPress-in məlumatına görə, hələ ilin əvvəlində Pakistanın müdafiə sənayesi naziri Rana Tanver Hüseyn bildirmişdi ki, Pakistanın Azərbaycan ilə müdafiə sahəsində yaxşı əlaqələri var və bu yaxın perspektivdə daha da genişlənəcək.
Pakistanın müdafiə sənayesi naziri JF-17 "Thunder” döyüş və "Super Mushshak” təlim təyyarəsinin Azərbaycana satışında heç bir problemin olmadığını və mövcud olan bəzi anlaşılmazlıqların (mühərrik və radar) aradan qaldırıldığını qeyd edib: "Biz "Super Mushshak” təyyarəsinin Azərbaycana çatdırılmasına hazırıq”.
Miq.az