Azərbaycan ərazisini 86 min 600 kvadrat km olaraq tanıyırıq, bura Qarabağ da daxildir - Paşinyan

Azərbaycan ərazisini 86 min 600 kvadrat km olaraq tanıyırıq, bura Qarabağ da daxildir - Paşinyan
Bəli, Ermənistan Azərbaycan ərazisini 86 min 600 kvadrat kilometr olaraq tanıyır, bura Qarabağ da daxildir.

Yenipress.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

O həmçinin, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyi məsələsinin Bakı ilə Xankəndi arasında müzakirə olunmalı olduğunu qeyd edib.

Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıyır, Baş nazir mətbuat konfransında deyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az