“Futbolçu kimi həmişə qalib olmuşam. Çalışıram ki, məşqçi kimi oyunçularıma da buna nail olmağa kömək edib, Azərbaycanı qalib komandaya çevirim”. Vətəninfo.az Apasport.az-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis goal.com saytına açıqlamasında yığmamızdakı fəaliyyətindən danışıb. Prosineçki millimizlə AVRO-2020-nin final mərhələsində iştirak etmək arzusunu açıqlayıb: “Azərbaycan futbolunda potensial olduğunu hesab edirəm. Gənc futbolçular var, infrastruktura da yatırımlar edilir. Azərbaycan futbol ölkəsinə çevrilmək istəyir. Bu istiqamətdə müəyyən irəliləyiş də əldə edilib. AVRO-2020-nin final mərhələsində çıxış etmək çox vacibdi. Bəzi oyunlarının Bakıda keçiriləcəyi yarışın final mərhələsində oynamaq Azərbaycan üçün ideal olardı. Əlbəttə, biz bir sıra nəticələr imza atmalıyıq ki, ölkədə futbola maraq daha da artsın. Azərbaycan idman ölkəsidi, burada futbolu da sevirlər”.
Prosineçki gələn ay Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı fikirlərini də açıqlayıb, yarışın əhəmiyyətini qeyd edib: “Avropa Oyunları kimi mötəbər yarışa ev sahibliyinin edilməsi infrastrukturunun daha da yaxşılaşmasına səbəb olub. Yeni stadionlar tikilib, bir çox başqa məsələlərdə irəliləyiş əldə edilib. Bakı özü də yaşamaq üçün ideal Avropa şəhəridi. Əminəm ki, Avropa Oyunları təkcə futbol deyil, bütövlükdə idmanın inkişafına kömək edəcək”.
Qeyd edək ki, Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ