Azərbaycanı "Bakı 2015"də təmsil edən sərbəst güləşçi Camaləddin Məhəmmədov 1/8 final görüşünə çıxıb. "Report"un məlumatına görə, C.Məhəmmədovun rəqibi türkiyəli dünya və 3 qat Avropa çempionu Taha Akgül olub.
Görüş T.Akgülün qələbəsi ilə yekunlaşıb.
*** 11:28
“Bakı 2015” Avropa Oyunları çərçivəsində Azərbaycanın 86 kq çəki dərəcəsində yarışan sərbəst güləşçisi Nurməhəmməd Hacıyev 1/8 final mərhələsində Georgi Sredkov (Bolqarıstan) ilə görüşüb.
“Report”un xəbərinə görə, N.Hacıyev rəqibini 14:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi rusiyalı Abdulrəşid Sadullayev olacaq.
*** 11:09
Bakı. 18 iyun. REPORT.AZ/ “Bakı 2015” Avropa Oyunları çərçivəsində Azərbaycanın 61 kq çəki dərəcəsində yarışan sərbəst güləşçisi Hacı Əliyev 1/8 final mərhələsində Valodya Franqulyan (Ermənistan) ilə görüşüb.
“Report”un xəbərinə görə, H.Əliyev erməni rəqibini 7:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi slovakiyalı Mikola Bolotnyuk olacaq.
*** 10:45
Bakı. 18 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında 125 kq çəki dərəcəsində mübarizə aparan Cəmaləddin Məhəmmədov 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, o, təsnifat yarışında Conas Rodavikiusa qalib gəlib - 10:0.
Azərbaycan pəhləvanının 1/8 finaldakı rəqibi türkiyəli Taha Akgül olacaq.
*** 10:33
"Bakı 2015" I Avropa Oyunlarında bu gün güləş yarışlarına yekun vurulacaq. "Report"un məlumatına görə, sonuncu yarış günündə sərbəst güləş üzrə daha 4 çəki dərəcəsində medal dəstləri sahiblərini tapacaq.
Azərbaycan təmsilçilərindən 3-ü mübarizəyə 1/4 final mərhələsindən başlayacaq.
İlk olaraq döşək üzərinə 61 kq çəki dərəcəsində yarışan Hacı Əliyev çıxacaq. Avropa və dünya çempionunun ilk rəqibi Ermənistan təmsilçisi Valodya Franqulyan olacaq. Ötən gün H.Əliyevin qardaşı Yaşar Əliyev 1/4 finalda Ermənistanın digər güləşçisi Qarik Barseqyanı məğlub edib.
70 kq çəki dərəcəsində komandamızda yer alan Ruslan Dibirhacıyev ilk görüşünü polşalı Məhəmmədmurad Hacıyevə qarşı keçirəcək.
86 kq çəkidə güləşən Nurməhəmməd Hacıyev bolqarıstanlı Georgi Sredkovu məğlub etməyə çalışacaq.
Nəhayət, 125 kq çəki dərəcəsində ölkəmizi yarışlarda təmsil edən Cəmaləddin Məhəmmədov 1/8 finala vəsiqə qazanmaq üçün təsnifat mərhələsində Jonas Rudaviçyusu məğlub etməli olacaq.
Və