“Azərbaycan hökuməti partizan hərəkatı ilə bağlı qanun qəbul etməlidir”

“Azərbaycan hökuməti partizan hərəkatı ilə bağlı qanun qəbul etməlidir”
Sərdar Cəlaloğlu: "II Dünya Müharibəsində almanların belini sındıran məhz partizan hərəkatı olub”

"Qarabağın azadlığı üçün partizan hərəkatına ehtiyac var”.

Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, belə bir hərəkatın təşkili düşmənə qarşı effektiv mübarizəyə ciddi təkan verər:

"II Dünya Müharibəsində faşistlər üzərində qələbə əldə edilməsi ilə bağlı dönüş nöqtəsi məhz partizan hərəkatının yaradılması ilə başladı. O vaxta qədər ruslar sürətlə Moskvaya doğru geri çəkilirdilər. Partizan hərəkatı yaranandan sonra isə vəziyyət dəyişdi. Əvvəllər hökumətin özü partizanlara divan tuturdu. Onları qeyri-qanuni silah əldə etməkdə və s-də ittiham etdilər. Lakin sonradan başa düşdülər ki, bu, yeganə doğru yoldur. Bununla bağlı qərar qəbul etdilər. Partizan hərəkatının mərkəzdən təşkilatlandırmağa başladılar. II Dünya Müharibəsində almanların belini sındıran həmin partizan hərəkatı oldu.

Bu gün Qarabağda da partizan hərəkatı yaradılmalıdır. Partizan hərəkatı nizami ordunun qələbəsinə dəstək baxımından da önəmli bir vasitədir. Azərbaycan hökuməti partizan hərəkatı ilə bağlı qanun qəbul etməlidir”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az