ABŞ prezidenti administrasiyanın Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarı Azərbaycana səfir postuna namizəd irəli sürüb. Karnegi Fondunun Qafqaz üzrə analitiki Tomas de Vaalın “Turan”ın müxbiri ilə etdiyi söhbətində Riçard Morninqstarın səfir təyin olunması perspektivlərinə toxunub və bunun Amerika-Azərbaycan münasibətlərinə mümkün təsirlərini şərhini təqdim edir:
Analitik deyib: “Güman edirəm, bu təyinatı Azərbaycan istəyib. Onlar yüksək vəzifəli şəxs istəyiblər, sadəcə, karyeralı diplomat yox. Riçard Morninqstarın namizədliyini irəli sürməklə Vaşinqton uzun müddət Azərbaycanda səfirin olmamasından narahat olan Bakını sakitləşdirmək istəyir. Əgər senator Robert Menendes və Amerika Erməni Milli Assambleyası bu təyinatın qarşısını alsaydı, təəccüblənərdim. Onların Metyu Brayzaya şəxsi iradları var idi. Lakin Riçard Morninqstar ümumqafqaz məsələləri ilə məşğul olmayıb, yalnız energetika ilə məşğul olub.
Riçard Morninqstarın namizədliyi göstərir ki, energetika ABŞ-ın Azərbaycandakı prioritetinə çevrilir. Amma Azərbaycan hökumətində kimsə Riçard Morninqstarın loyal səfir olacağına ümid edirsə, yəqin ki, ümidi boşa çıxacaq. Səfir ABŞ-ın insan haqları, Qarabağ və digər məsələlərə dair siyasətini yalnız təqdim edir, formalaşdırmır. Odur ki, onun insan haqları üzrə hətta ən yumşaq bəyanatına belə məhəl qoyulmaya bilməz”.
Vətəninfo.az
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...