Təxminən bir həftə bundan öncə ABŞ-ın Virciniya ştatının Moneta şəhərində 24 yaşlı müxbir Alison Parker və 27 yaşlı operator Adam Vard "TB WDBJ" televiziyasının əməkdaşları keçmiş həmkarları Brays Uilyams tərəfindən güllələnib. Qətlin müəllifi törətdiyui əməllə bağlı verdiyi açıqlamada həmkarlarını qeyri-peşəkar olduqları üçün öldürdüyünü bildirib.
Maraqlıdır, əgər kimsə Azərbaycanda da medianı qeyri-peşəkarlardan silah gücünə təmizləmək həvəsinə düşsə, o zaman jurnalistlərimizin neçə faizi öz həyatları ilə vidalaşmalı olar?
Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran tanınmış televiziya mütəxəssisi, professor Qulu Məhərrəmli bu halda Azərbaycanın tamamilə jurnalistisiz qala biləcəyini vurğulayıb:
"Əvvəlla onu deyim ki, bizim mətbuat bu faktı çox şişirtdi. Bunu Amerikada jurnalistlərin öldürülməsi, jurnalist fəaliyyəti üçün şəraitin yoxluğu konteksində dəyərləndirmək doğru deyil. Allah eləməsin ki, Azərbaycanda kimsə bu fikrə düşsün və qeyri-peşəkarları öldürmək təşəbbüsü ilə çıxış etsin. Kimsə bu fikrə düşsə, qeyri-peşəkarları öldürmək şəraiti olsa, qorxuram ki, Azərbaycan indiki halda jurnalist qalmasın.
Təəssüflər olsun ki, həmkarlarımızın böyük bir hissəsi qeyri-peşəkardır. Onların yazdığı xəbərləri, aldıqları müsahibələri oxuyanda adam qeyri-peşəkarlığın hansı həddə gəlib çıxdığına heyrət edir”.
Vətəninfo.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ