Azərbaycan nümayəndə heyəti Polşadadır

Azərbaycan nümayəndə heyəti Polşadadır

Vətəninfo.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Samaxinin millət vəkili,  Avronest Parlament Assambleyasında  Azərbaycan numayəndə heyətinin rəhbəri Elxan Suleymanovun təşəbbüsü ilə Polşada səfərdədir. 

Səfərin birinci günü Polsa Respublikası Xarici islər nazirinin muavini  xanim Beata Stelmaçla rəsmi görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Şamaxı rayonu icra hakimiyyəti başçısı Asif Məmmədov və digər rəsmi şəxslər iştirak etmişlər. Görüşdə Azərbaycanla  Polşa arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Azərbaycanin Qərbə inteqrasiyası, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında Polşanın rəsmi Bakıya göstərdiyi dəstək, Avropanın enerji təhlükəsizliyi və s. məsələlər müzakirə edilib.

Günün sonunda Azərbaycan nümayəndə heyəti və Azərbaycan Respublikasının Polşadakı səfirliyi tərəfindən dost ölkənin ictimai-siyasi xadimlərinin şərəfinə ziyafət verilib.

Səfir Həsən Həsənov qonaqları səmimi  salamladıqdan sonra sözü  Samaxının millət vəkili,  Avronest Parlament Assambleyasında  Azərbaycan numayəndə heyətinin rəhbəri Elxan Suleymanova verib. Millət vəkili geniş nitq söyləyərək çıxışının sonunda onun təşəbbüsü ilə hazırlanmış nəfis tərtibatlı “5 polyak memarın 15 Bakı binası” kitab-albomunu təqdim edib. Azərbaycan, polyak və ingilis dillərində hazırlanmış nəşr böyük maraq doğurub. 

Yanvarın 31-də nümayəndə heyəti Krakovda görüşlər keçirəcək.

 Könül İbrahimli



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az