Təcili: Azərbaycan ordusu gecə cəbhədə itkilər verdi?- RƏSMİ
Ermənistan mətbuatının Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumatlara Azərbaycanın Müdafiə Nazirliyi münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Miq.Az-a verilən məlumata görə, erməni tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib.
Bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib. Hazırda bütün cəbhə xətti boyu əməliyyat şəraiti tam nəzarətimiz altındadır.
Düşmənin törədə biləcəyi istənilən təxribatın qarşısının alınması məqsədilə tərəfimizdən görüləcək cavab tədbirləri daha qətiyyətli və sərt olacaqdır.
Miq.az