"Azərbaycan qoşunları bu ərazilərdən çıxarılmalı, bu xəttlər İrəvanın nəzarətində olmalıdır"


 Ermənistanın Baş naziri Nikol Paşinyanın Soçidə  Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı səsləndirdiyi fikirlərdən bəzilərini təqdim edirik:

▪️ Bizim üçün Qarabağ məsələsində Rusiyanın yanaşmaları məqbuldur.

▪️ Azərbaycan və Ermənistan sərhədində təhlükəsizlik gücləndirilməlidir.

▪️ Azərbaycan qoşunları Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılmalıdır.

▪️ Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazilərindən çıxarılmalıdır.

▪️ Erməni əsirlərin qaytarılması məsələsi həll olunmalıdır.

▪️ Ermənistan ərazisindən keçən bütün kommunikasiya xəttləri rəsmi İrəvanın nəzarətində olmalıdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az