Azərbaycan Rusiya müdafiə nazirinin müavinini TƏKZİB ETDİ

Azərbaycan Rusiya müdafiə nazirinin müavinini TƏKZİB ETDİ

Azərbaycanın Suriyaya humanitar yardım göndərməsi barədə məlumat yoxdur.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.

Onun sözlərinə görə, təmsil etdiyi quruma bu məsələ ilə bağlı hər hansı məlumat daxil olmayıb: "Azərbaycanın hər hansı ölkəyə yardım göndərməsi üçün Nazirlər Kabineti qərar qəbul etməlidir. Bundan sonra Fövqəladə Hallar Nazirliyi qərarı icra edir. Hələlik bizə belə bir qərar daxil olmayıb”.
Xatırladaq ki, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstanın Suriyaya humanitar yardım göndərməyi planlaşdırması barədə məlumat verib.

* * *

Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda bildirib.

Nazir müavini qeyd edib ki, Rusiya Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyat başladıb və beynəlxalq ictimaiyyəti onun səylərini dəstəkləməyə çağırır.
"Rusiyanın Suriyadakı fəaliyyətinin mühüm məqamı bu ölkənin xalqına humanitar yardım təmin etməkdən ibarətdir. Son zamanlarda Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyat başlatmışıq. Üstəlik, beynəlxalq ictimaiyyətə, qabaqcıl ölkələrin müdafiə nazirliklərinə müraciət edərək, onalrı da bu səylərə dəstək verməyə çağırmışıq. Belarus bizi dəstəkləyirib. Eyni zamanda Çin, Azərbaycan, Serbiya, Hindistan, Qazaxıstan da humanitar yardım göndərməyi planlaşdırır”, – deyə o vurğulayıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az