Azərbaycan uzunmüddətli karantin rejiminə keçə bilər

Azərbaycan uzunmüddətli karantin rejiminə keçə bilər

Karantin rejiminin yumşaldılması göstərdi ki, insanlarımızın çoxu məsələnin nə qədər ciddi olduğunu başa düşmür.

Miq.Az xəbər verir ki, bu sözləri Sonxəbər.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

"Ümumi intizam və mədəniyyət qaydalarına riayət etmir. Ola bilər ki, buna görə də Operativ Qərargah karantin rejimini uzada. Yaxud da ikinci dalğa gəlsə, uzunmüddətli karantin rejiminə keçə bilərik. Ona görə də insanlara müraciət edirik, sosial izolyasiya və qoruyucu vasitələrdən istifadə qaydalarına tam əməl etsinlər.

Bu, çox ciddi məsələdir. Havalar isinir. Karantin rejiminin ciddi aparıldığı dövrdə yaxşı nəticələr əldə etdilər. Görünür, bu, insanlarımızı arxayınlaşdırıb. Düşünürəm ki, buna ehtiyac yoxdur. Son günlərdə artıq koronavirusa yoluxanların artdığını görürük. Bu bizi narahat edib, düşündürməlidir.

Koronavirus təhlükəsi hələ bitməyib. Ola bilsin ki, bu virus bir neçə müddət davam etsin. Dünyada koronavirusa son qoyulan zaman biz arxayın ola bilərik. Ona görə də vətəndaşlarımız bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar.

Qoruyucu vasitələrdən istifadə etməlidirlər. Lazım olmayan vaxtlarda insanlar çölə çıxmalı deyillər. Vətəndaşlarımız zəruri olmadığı hallarda insanların çox toplaşdığı yerlərdə olmasınlar.

Bundan əlavə insanlarımız sosial məsafəni qoruyaraq izolyasiya qaydalarına riayət etsinlər. Koronavirus çox ciddi məsələdir. Vətəndaşların belə tez arxayınlaşması bizi narahat etməlidir", - deputat bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az