Mayın 2-də Vaşinqtonda, Ceymstaun Fondunda “Amerika, Avropa və Cənubi Qafqaz: dəyişən dünyada tərəfdaşlığın qurulması” mövzusunda müzakirə keçirilib.
"Vətəninfo.az" “Amerikanın səsi” xəbər verir ki, müzakirələrdə iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ölkəsinin Cənubi Qafqaz siyasətinin 3 strateji marağa – təhlükəsizlik, enerji və daxili islahatlara söykəndiyini bildirib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamentində çalışanlar bu istiqamətdə iş apardıqlarını, region ölkələri isə aparılmadığını düşünür.
Metyu Brayza Rusiyanı nəzərə almadan Cənubi Qafqazda siyasət formalaşdırmağın mümkünsüz olduğunu deyib və regionda təhlükəsizlik məsələsinə gəldikdə Dağlıq Qarabağ münaqişəsini xatırladıb: "Azərbaycan Dağlıq Qarabağda hərbi münaqişə niyyətində deyil. Hökumətin ən böyük prioriteti iqtisadi islahatları gücləndirməkdir. Regionlarda inkişaf paytaxtdakı kimi olmasa da hiss olunandır. Prezident İlham Əliyev qərara alıb ki, ölkəsinin uzunmüddətli əmin-amanlığı və onun siyasəti təhlükəsizlikdən asılıdır. Hazırda Azərbaycan hökumətinin Dağlıq Qarabağda müharibəyə başlaması və ya aparması məntiqə uyğun deyil.
Azərbaycan yalnız ATƏT-in Minsk qrupuna etibarını itirsə, hərbi müdaxiləni nəzərdən keçirə bilər. Bunun baş verməməsi üçün ABŞ və onun müttəfiqləri Dağlıq Qarabağ münaqişəsində dönüşə nail olmaq istiqamətində səylərini artırmalıdırlar”.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...