Azərbaycan yeni silahlar alır - Türkiyə və İsraillə müqavilələr imzalanacaq

Azərbaycan yeni silahlar alır - Türkiyə və İsraillə müqavilələr imzalanacaq
Azərbaycan Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian” sərgisi çərçivəsində Türkiyə və İsraillə yeni silahların alınmasına dair müqavilələr imzalayacaq.

Bunu "APA-Economics"ə açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

O bildirib ki, Azərbaycan həm Türkiyə, həm də İsrail şirkətləri ilə əməkdaşlığı davam etdirir: "Türkiyə ilə birgə elə silahlar üzərində işləyirik ki, 10-15 il sonra üçün nəzərdə tutulub. Yəni, biz gələcəyə baxırıq. Hətta 20 il qabağa baxırıq. Bu dövlət başçısının tapşırığıdı".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az