Azərbaycanda 13 partiya ləğv edildi

Azərbaycanda 13 partiya ləğv edildi
Azərbaycanda daha iki siyasi partiya - Vahid Azərbaycan Milli Birlik və Qorqud partiyaları ləğv olunub.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi dünən qərar qəbul edib.

Nazirliyin məlumatına görə, Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Partiyanın ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.

Qeyd olunub ki, "Qorqud” Partiyası da ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub.

Bundan başqa, avqust ayı ərzində Ədliyyə Nazirliyi daha 11 partiyanın ləğvi barədə qərarlar verib.

Bunlar Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, "Yeni Yol” partiyası, Müstəqil Xalq Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyasıdır.

Adları çəkilən partiyalar bir müddət əvvəl özlərini buraxmaq barədə qərarlar veriblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az