Azərbaycan Mərkəzi Bankının məcmu kapital tələbi ilə bağlı problemi olan “Kövsərbank” səhmlərinin 76%-ni kənar investora satıb.
Bu barədə fins.az-a bankın İdarə Heyətinin sədri Heydər İbrahimov məlumat verib. Onun sözlərinə görə, səhmləri alan ölkədaxili investordur: “Kommersiya sirri olduğundan investorun kimliyini açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb etməmişik və bankın əsas səhmdarı dəyişir”.
Xatırladaq ki, bu gün Bakı Fond Birjasında “Kövsərbank”ın 38 milyon manatlıq səhmləri yerləşdirilib. Bu gün başa çatacaq emissiya nəticəsində bankın nizamnamə kapitalı 12 milyon manatdan 50 milyon manata, məcmu kapitalı isə 12,5 milyon manatdan 50,5 milyon manata çatmalıdır.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib