Azərbaycanda benzinin qiyməti bahalaşdı

Azərbaycanda benzinin qiyməti bahalaşdı

Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.

Miq.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, artıq yanacaqdoldurma məntəqələrində "AI-95 Premium" və "Aİ-98 Super” markalı benzinin  yeni qiymətləri tablolara vurulub.

Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və "Super Aİ-98”  markalı benzinin isə 1,20 AZN müəyyənləşib. 

Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.

Qiymət artımı Azərbaycanda istehsal olunan "AI-92” markalı benzin  və "L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. 

Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt "Aİ-95 Premium” markalı benzin 1,05 AZN, "Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi.   

b_550_325_16777215_00_images_xeber_sekilleri_27yanvar2017_benzin1.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_27yanvar2017_benzin2.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_27yanvar2017_benzin3.jpg
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az