Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü - RƏSMİ

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü - RƏSMİ

"Azərsu” ASC-nin Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan vəfat edib.

Miq.Az xəbər verir ki, ölkədə koronavirus pandemiyası ilə əlaqədar yaşı 65 yuxarı olan şəxslərin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Q.Abbasov məzuniyyətdə olub. 

Koronavirusa yoluxan Q.Abbasov bir müddətdir ki, müalicə alırdı. Lakin aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı Miq.Az-a təsdiq edib. 

Xatırladaq ki, bu barədə ilk məlumatı Qafqazinfo yayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az