Azərbaycanda dərman bahadır – Nazir müavini

Azərbaycanda dərman bahadır – Nazir müavini
Bu gün Azərbaycanda dərman vasitələri müəyyən ölkələrlə müqayisədə bahadır.

Axar.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, həmin ölkələrin sayı elə də çox deyil:

"Adətən, qiymət fərqləri qardaş Türkiyə ilə müqayisə edilir. Halbuki orada dərmanların 70-80 %-i daxili istehsaldır. Türkiyədə qiymətlərin tənzimlənməsi üçün fərqli yanaşma var. Tarif Şurası, Səhiyyə və İqtisadiyyat nazirlikləri qiymət siyasətinin müəyyənləşdirilməsi istiqamətində ciddi müzakirələr aparır. Hazırda müəyyən təkliflərimiz var. Bu da mövcud mexanizmlərdən tamamilə fərqlənir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az