Azərbaycanda ərzaq, içki və tütün BAHALAŞDI

Azərbaycanda ərzaq, içki və tütün BAHALAŞDI
Bakıda məhsul bazarındakı qiymətlər açıqlanıb.

Bakı Şəhər Statistika İdarəsinə istinadən verilən xəbərə görə, 2020-ci ilin yanvar-dekabr aylarında ticarət dövriyyəsinin həcmi 2019-cu illə müqayisədə 0,5 faiz artıb.

Artımla birlikdə bu rəqəm 23062,2 milyon manat təşkil edib.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə, 6,4 faiz artaraq, 11775,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,6 faiz azalaraq, 11286,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 29,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 54,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az