Azərbaycanda gəlini toya "KAMAZ" karvanı ilə gətirdilər - VİDEO

Azərbaycanda gəlini toya

Yük maşınının sürücüsü özünə qeyri-adi toy edib.

İmişli sakini Ülvi Əliyev toyunda gəlini gətirmək üçün qız evinə "KAMAZ"la gedib. Sürücüyə həmkarları da dəstək verib, beləcə qız evinin qarşısı TIR-parkına çevrilib.

Miq.Az xezerxeber.com-a istinadən bildirir ki, bəzədilmiş yük maşınları rayon mərkəzindən 10 kilometr məsafədə yerləşən Göbəktala kəndinə gəlib. Amma biraz sonra əyləncə həddini aşıb, sürücülərin bir çoxu qaydaları kobud şəkildə pozub.

Əks yola çıxan yük avtomobilləri qarşıdan gələn nəqliyyat vasitələrinə mane olub.

Bu da göstərir ki, toy karvanları ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, bəzi sürüclər buna məhəl qoymur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu təkcə nəqliyyat vasitələri üçün yox, piyadalara da böyük təhlükədir.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az