Azərbaycanda hansı virus aşkarlandı?-Səhiyyə Nazirliyi

Azərbaycanda hansı virus aşkarlandı?-Səhiyyə Nazirliyi

"Azərbaycanda kəskin respirator viruslar aşkarlanıb"

"Azərbaycanda laborator müayinələr aparılır. Ölkədə kəskin respirator viruslar aşkar olunur. Amma indiyədək ölkədə "donuz qripi” aşkarlanmayıb”.
 
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O, qonşu ölkələrdə "donuz qripi” aşkarlanmasına baxmayaraq, Azərbaycanda bu virusa rast gəlinməməsinin səbəbini izah edərkən bildirib ki, bunun üçün labortator təsdiq lazımdır, laborator təsdiq yoxdursa, deməli "donuz qripi” aşkarlanmayıb.

Direktor müavininin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında da epidemioloji vəziyyət tam sabitdir: "Naxçıvanda "donuz qrip”nin qeydə alınması barədə yayılanlar  şayiədir. Təbii ki, orada da respirator viruslar aşkarlanır, amma "donuz qripi” qeydə alınmayıb. Heç kim şayiələrə inanmasın”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az