Azərbaycanda iki pir yandırıldı

Azərbaycanda iki pir yandırıldı
Xaçmazda ziyarətgahlara qarşı vandalizm aktı törədilib.
 
ANS xəbər verir ki, hadisə Rusiya ilə sərhəddə yerləşən Yalama qəsəbəsində qeydə alınıb. Adıçəkilən ərazidə 2 ziyarətgaha naməlum şəxslər od vurub.
 
Xanoba pirindən sonra Yalama qəsəbəsindəki Molla Əhməd pirində də yanğın qeydə alınıb.
 
Molla Əhməd ziyarətgahı yanğın nəticəsində bərbad hala düşüb. Bundan əvvəl yandırılan Xanoba kəndindəki Qışlaqbaba piri də eyni vəziyyətdədir. Pirlərə od vurulması yerli sakinlərin narahatlığına səbəb olub.
 
Hələlik yanğının kim tərəfindən törədilməsi bilinmir.
 
Hadisələrlə bağlı müvafiq dövlət və hüquq-mühafizə orqanları da məlumatlandırılıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az