Azərbaycanda koronavirusa yoluxma 2000-i keçdi - 15 nəfər vəfat etdi

Azərbaycanda koronavirusa yoluxma 2000-i keçdi - 15 nəfər vəfat etdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2102 nəfər yoluxub, 863 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Miq.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 505 554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479 675 nəfər müalicə olunaraq sağalıb, 6 793 nəfər vəfat edib, aktiv xəstə sayı 19086  nəfərdir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az