Azərbaycanda müəllim qumbara ilə özünü partlatdı

Azərbaycanda müəllim qumbara ilə özünü partlatdı
Gədəbəydə müəllim intihar edib.

Miq.az-ın oxu.az-a istinadən məlumatına görə, 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov əl qumbarasını əlində partladaraq həyatına son qoyub.
Qeyd edək ki, Nemət Bayramov peşə liseyinin müəllimi olub.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Nemət Bayramov sonuncu dəfə ötən gün liseydə olub. 
Bu barədə sayta Gədəbəy peşə liseyindən məlumat verilib.
Bildirilib ki, Nemət Bayramov problemli adam olmayıb: 
"Nizam-intizamlı müəllim idi. Dekabrın 25-də şagirdlərə dərs keçib. Dünən dərsi olmayıb, amma həyat yoldaşı ilə liseyə gəlib. Onun həyat yoldaşı da liseydə kitabxanaçı işləyir".
Liseydən bildirilib ki, Nemət Bayramovun bir qızı var: 
"O da ailə həyatı qurub. Görünür, ailə problemləri olub. Liseylə əlaqəli heç bir problem yaşanmayıb".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az