Azərbaycanda orduya çağırışla bağlı yeni tapşırıqlar verildi

Azərbaycanda orduya çağırışla bağlı yeni tapşırıqlar verildi

Müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəislərinin iştirakı ilə videomüşavirə keçirilib.

Bu barədə Miq.Az-a Dövlət Xidmətindən məlumat verilib.

SHXÇDX-nin rəisi, general-leytanant Arzu Rəhimov koronavirus infeksiyasının (COVID-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilməsi və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci ilin aprel çağırışının müddətinin may ayının 31-dək uzadılması ilə əlaqədar həyata keçirilən tədbirləri diqqətə çatdırıb. 

Xidmət rəisi vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması və çağırılması prosesinin şəffaf və mütəşəkkil qaydada həyata keçirilməsi, çağırışçıların təyin olunduqları hərbi hissələrə təlimata müvafiq qaydada çatdırılması ilə bağlı tapşırıqlar verib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az