Azərbaycanda orta məktəb müəllimi intihar etdi

Azərbaycanda orta məktəb müəllimi intihar etdi
Qusarda intihar olub.

Miq.az  Lent.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Mahir Məybulla oğlu Əhmədov yaşadığı evdə özünü asıb. 

M.Əhmədov ali təhsilli olub və orta məktəblərdən birində müəllim işləyirmiş. Bir müddət əvvəl onun səhhətində problemlər yaranıb, eləcə də psixi durumu pisləşib. Bu səbəbdən də məktəbdə işini davam etdirə bilməyib.

2 uşaq atası olan M.Əhmədov ötən gecə yaşadığı evin həyətində özünü asıb. Səhər saatlarında ailə üzvləri onun asılı vəziyyətdə qalmış meyitini aşkarlayıb.

Miq.az  

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az