Azərbaycanda polis rəisinin gəlinini qaçırdılar - Şok olay
Ölkədə şok hesab oluna bilən hadisə baş verib: rəis oğluna nişanlı olan qız satıcı işləyən birinə qoşularaq qaçıb, rayon qarışıb...
Azərbaycanda polis rəisinin gəlini qaçırılıb.
Miq.Az xəbər verir ki, bu barədə "Bakı Post"un yaydığı məlumata görə, hadisə dünən baş verib. Belə ki, rayonlardan birinin polis rəisinin (adını etik qaydalara zidd olduğu üçün açıqlamırıq) oğlunun nişanlısı başqa birinə qoşularaq qaçıb. Məlumata görə, Ağcabədi rayonunda yaşayan qızla rəisin oğlu 3 il nişanlı olub. Onların bu yaxınlarda toylarının olacağı gözlənilirmiş. Lakin rəis oğlu ilə evlənmək istəməyən qız öz rayonundan olan idmançı bir oğlanla qaçmaq qərarı verib.
Onların bu əməlindən xəbər tutan rəis isə hadisə baş verən rayonun polis şöbəsinin rəisindən yardım istəyib. Hazırda oğlanın yaşadığı ev polis mühasirəsindədir. Qızın geri qaytarılması tələb olunur.
Məlumatda qeyd olunur ki, rəisin gəlini Ağcabədidə fəlaiyyət göstərən restoranlardan birinin sahibinin qızıdır. Maraqlı məqam bundan ibarətdir ki, iş adamının qızı rəis oğluna deyil, Ağcabədi bazarında atasıyla birlikdə satıcılıq edən bir oğlanla ailə qurmağa qərar verib.
Qeyd: rəisin və oğlunun, eləcə də qızın atasının adı bəlli olsa da, müəyyət etik çərçivələrə görə açıqlanmır.
Miq.Az