Azərbaycanda prezidentliyə namizədlərin sayı 4-ə çatdı

Azərbaycanda prezidentliyə namizədlərin sayı 4-ə çatdı
Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 4-ə çatıb.

Qaynarinfo-nun xəbərinə görə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədiyini irəli sürüb.

Qeyd edək ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Dekabrın 16-da isə Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az