Azərbaycanda qar uçqunu - hərbçi həlak oldu

Azərbaycanda qar uçqunu - hərbçi həlak oldu
Ülvi Rüstəmovun nəşinin dərin yarğandan çıxarılmağa çalışırlar

Qar uçqunu nəticəsində bir hərbi qulluqçumuz həlak olub. Müdafiə Nazirliyindən  verilən məlumata görə, hadisəs fevralın 9-u axşam saatlarında baş verib.

Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

Hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az