Azərbaycanda qız sevgilisinə görə özünü asdı

Azərbaycanda qız sevgilisinə görə özünü asdı
24 yaşlı qızı yaxınları xilas edə bilib

Abşeronda nişanlısına görə özünü körpüdən atan qızdan sonra Azərbaycanda daha bir gənc sevgilisi üçün intihara cəhd edib. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə Şabran şəhərinin Rəşid Behbudov küçəsi-2 ünvanında yerləşən-Fərhad Ömər oğlu Əkbərova məxsus evdə qeydə alınıb.

Həmin ünvanda ailəsilə kirayədə yaşayan, Qubanın Bərqov kəndinin sakini 24 yaşlı Səma Hamid qızı Məmmədova özünü evin ikinci mərtəbəsində iplə asaraq intihar etmək istəyib.

Lakin ailə üzvləri qızın əməlindən vaxtında xəbər tutaraq onu xilas edə biliblər. 24 yaşlı Səma Məmmədova özünü sevgilisi, Aqşin adlı oğlanla mübahisə etdiyinə görə öldürmək istədiyini deyib.

Şabran rayon prokurorluğu intihara cəhd faktının araşdırılmasına başlayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az