Azərbaycanda qızları çılpaq şəkildə çəkib, sosial şəbəkədə paylaşan bu şəxs imiş - Kimliyi bilindi

Azərbaycanda qızları çılpaq şəkildə çəkib, sosial şəbəkədə paylaşan bu şəxs imiş - Kimliyi bilindi


Sosial şəbəkədə yayılan görüntülər ciddi səs-küyə səbəb olub.

Miq.Az İnterpress-a istinadən xəbər verir ki, çılpaq qızlarla videosu yayılan 90 SA 888 dövlət nişanlı "Range Rover" markalı avtomobilin sahibi Gəncə şəhər sakini Səttar adlı şəxsdir. Onun Moskvada meyvə-tərəvəz biznesi ilə məşqul olduğu bildirilir. Sözügedən məclis isə Gəncədə çəkilib.

Qeyd edək ki, Sosial şəbəkələrdə Bakıda vilalardan birində çılpaq qızları əks etdirən video yayılıb. Vatsapda yayılan videoda kişi ilə eyni masada yeyib içən, spirtli içki qəbul edən 3 gənc qızın tamamilə çılpaq vəziyyətdə mahnı oxuduğu əks etdirilib. Görüntülərdən videonu çəkən kişinin çılpaq qızlardan birinə stəkan verməsi və həyətə çıxıb sındırması da yer alıb.

Eyş-işrət məclisindəki qızların və onları lentə alan şəxsin hadisə vaxtı spirtli içkinin təsiri altında olması ehtimal edilir.

Axşam.az-ın əldə etdiyi məlumata görə isə, videonu çəkən şəxs 1991-ci il təvəllüdlü Səddam Əliyev. Q. oğludur.

O, Bakı şəhəri Nəsimi rayonunun sakinidir. 

Redaksiyamızdan: Bu hadisəyə rəy yazan sosial şəbəkə istifadəçisi olan Mələk Mehdizadə adlı bir nəfər isə baş verən hadisənin Gəncədə olmağı ilə bağlı yazılanları rədd edərək qeyd edib ki, bu biabırçı hadisənin Gəncəyə heç bir aidiyyatı yoxdur: 
"Səhər açılandan azı 10 nəfər bu məlumatı yollayıb Gəncə ilə əlaqəsi olub-olmadığını soruşurlar. Araşdırıb aşkar etdik ki, əvvəl adı çəkilən avtomobilin sahibi 1991 il təvəllüdlü Əliyev Səddam Şamaxı doğumlu Bakı sakinidir.
Son etibarnaməsi olan isə əslən Şamaxıdan olan Rusiya vətəndaşı, Bakı şəhəri Nəsimi rayonunda müvəqqəti qeydiyyatda olan Kərimov Cahid Qismət oğludur. 
Qeyrətsizliyin, səviyyəsizliyin vətəni olmur, ancaq hər yeri gəldi-gəlmədi Gəncənin adını hallandırmaq  bu işdə hallandıranların məqsıdini başa düşmürəm."

[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az