"Azərbaycanda təhsil var, ancaq müəyyən tələblərə cavab vermir" — Keçmiş nazir



""Azərbaycanda təhsil yoxdur" fikri ilə heç zaman razılaşmamışam, bu gün də razı deyiləm. Təhsil var, ancaq ola bilər ki, müəyyən tələblərə cavab vermir"

Demokrat.az xəbər verir ki, bu sözləri keçmiş təhsil naziri Misir Mərdanov deyib.

Eks-nazir qeyd edib ki, təhsil hər bir ölkənin ən geniş sahəsidir:

"Orada hər hansı bir inqilabi yenilik etmək çətindir. Ona ehtiyac da yoxdur. Nə eləsək, Heydər Əliyevin də söylədiyi kimi, təkamül yolu ilə addım-addım etmək lazımdır. Bir addım gedib, ikinci addımı atmazdan əvvəl birinci addımın nəticələrini öyrənib qiymətləndirdikdən sonra növbəti addımı atmaq millətə və dövlətə xeyir verər”. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az