Azərbaycanda yeni nazirlik yaradılır - Hansı qurumlar ləğv ediləcək?

Azərbaycanda yeni nazirlik yaradılır - Hansı qurumlar ləğv ediləcək?
Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yeni nazirlik yaradılacaq.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, hazırda fəaliyyət göstərən bir sıra dövlət qurumları və müəssisələr yeni nazirlikdə birləşdiriləcək.
Həmin qurumların Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "AzerGold " Qapalı Səhmdar Cəmiyyəti olduğu bildirilir.
Yeni nazirliyin, eləcə də ona rəhbərlik edən şəxsin adının yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinə general-leytenant Şahin Bağırov, Dövlət Vergi Xidmətinə Orxan Nəzərli, "AzerGold” QSC-yə isə Zakir İbrahimov rəhbərlik edirlər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az