Azərbaycanda yenidən anomal istilər olacaq – XƏBƏRDARLIQ

Azərbaycanda yenidən anomal istilər olacaq – XƏBƏRDARLIQ
"İyul ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində Azərbaycanda yenidən anomal istilərin olacağı gözlənilir”.

Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekol­oji ma­arifləndirmə və­ icti­maiyyətlə əlaqəl­ər ş­öbəsinin icti­mai­ təşkilatlarla iş, ek­ol­oji maarifləndirmə ­v­ə elm sektorunun müd­­iri Umayra Tağıyeva bildirib.
O deyib ki, anomal istilərin müşahidə olunduğu günlər havada rütubətliliyin nisbətən yüksək olması istilik effektini kəskinləşdirən amildir: "İyul ayının növbəti günlərində də anomal istilərin olması ilə bağlı xəbərdarlıq insanların sağlamlıqlarını qoruması və diqqətli olmaları məqsədi daşıyır. Vətəndaşlarımız xüsusilə saat 10:00-dan 17:00-dək vacib olmadığı hallarda açıq havada qalmasınlar. Ən əsas isə uşaqları və yaşlı insanları anomal istilərdən qorumaq lazımdır, çünki onlar daha həssasdırlar, anomal istilər olan günlərdə o insanların ev şəraitində olmaları məsləhətdir”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az