Azərbaycanda yol polisi bıçaqlandı

Azərbaycanda yol polisi bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Miq.Az-ın məlumatına görə, 1985- ci il təvəllüdlü Mürşüd Abdiyev sol qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yarası tikilib, vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, bıçaq xəsarəti alan şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır. Hadisə onun xidmətdə olduğu zaman baş verib. Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az