Azərbaycanda yol terroru: 110 ölü
"Bakı şəhəri üzrə yanvarın 1-dən bu günə qədər 425 yol-nəqliyyat hadisəsi, 110 ölüm, 456 nəfər müxtəlif xəsarət alıb".
Miq.az xəbər verir ki, bu sözləri sonxeber.az -a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, "Yol-nəqliyyat hadisələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 hadisə azalıb, 35 ölüm faktı aşağı düşüb. Xəsarət alanların sayı isə 101 nəfər azalıb.
V.Əsədov deyib ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb 41% sürət həddinin aşılması, 57% piyadaların vurulmasıdır.
Miq.az