Azərbaycanın 2 karateçisi Qazaxıstanda medal qazandı

Azərbaycanın 2 karateçisi Qazaxıstanda medal qazandı

Azərbaycanın 2 karateçisi Astana şəhərində keçirilən "Kazakhstan Open” beynəlxalq karate turnirində fəxri kürsüyə qalxıb.

Miq.Az Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəşid Süleymanov (16-17 yaş) 76 kq çəki dərəcəsində gümüş medal qazanıb.

61 kq çəki dərəcəsində mübarizə aparan Oksana Nakoneçna isə gənclərin yarışında bütün rəqiblərinə qalib gələrək birinciliyi bayram edib. Oksana böyüklərin yarısında da fərqlənməyi bacarıb. Həmyerlimiz bu dəfə bürünc medala sahib olub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az