Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb

Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

"Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat alıb. Hadisə yerinə dərhal gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb”, -deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, səfirliyə bir qrup radikal dini dəstənin hücumu zamanı çıxarılan Azərbaycan Bayrağı da yenidən yerinə bərkidilib.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az