Azərbaycanın sabiq XİN rəhbəri əməliyyat olundu

Azərbaycanın sabiq XİN rəhbəri əməliyyat olundu
Azərbaycanın sabiq xarici işlər naziri, peşəkar diplomat Həsən Həsənov əməliyyat olunub. 


Bu barədə Modern.az-a onun ailəsindən məlumat verilib.


"Bu gün Həsən bəy Türkiyədə əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Özünü yaxşı hiss edir",- deyə Həsən Həsənovun qızı bildirib. 

 

Qeyd edək ki, bu yaxınlarda H. Həsənovun Türkiyədə tədbir zamanı vəziyyəti pisləşib. Onu təcili yardımla "Medicana" (Bursa) xəstəxanasına aparıblar. Müayinələr nəticəsində bəlli olub ki, sabiq nazirin öd kisəsində problem var və əməliyyat olunmalıdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az