Azərbaycanla bağlı səhvlərimiz olub... - Pezeşkian

Azərbaycanla bağlı səhvlərimiz olub... - Pezeşkian
Biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə Tehranda görüşündə deyib.

O qeyd edib ki, İran Azərbaycanla yaxın münasibətlər qurmalıdır:

"Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur. Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir. Biz Azərbaycanla daha yaxın olmalıyıq. Biz Azərbaycanla daha böyük işlər görməliyik. Düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az