Rusiyanın məşhur azərbaycanlı aparıcısı Nailə Əsgər-zadə Moskva vilayətinin Razdorı kəndi yaxınlığında 43 min kv.m-lik meşə sahəsi alıb.
"Qafqazinfo”nun məlumatına görə, bu barədə ölkənin "Proyekt” nəşri yazıb.
Mənbə bildirir ki, sahənin təxmini dəyəri 45 milyon ABŞ dolları məbləğindədir. Aparıcı sahəyə ötən ilə sahiblənsə də, jurnalistlərə açıqlamasında həmin ərazinin ona məxsus olmadığını deyib. O, "Proyekti”in Dövlət Reyestr Xidmətinin çıxarışında sahənin sahibi kimi "Nailə Əsgər-zadə” göstərilməsi haqda sualını isə gülümsəyən "smaylik”lə cavablandırıb.

"Proyekt”in yazdığına görə, Nailə Əsgər-zadənin mülk siyahısına iki böyük ev də daxildir. O, onlardan birini 2011-ci ilin sentyabrında, digərini isə 2014-cü ildə alıb. Mənzillərin ümumi dəyəri 300 milyon rubl məbləğindədir.
"Proyekt” bildirir ki, Əsgər-zadə rəsmi şəkildə dövlət televiziyasında çalışsa da, dövlət qulluqçusu deyil. Telekanalın əsas aparıcılarının aylıq maaşı isə bir neçə min rubl təşkil edir.


Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?