Azərbaycanlı diaspor rəhbərinin obyektləri və maşını partladıldı

Azərbaycanlı diaspor rəhbərinin obyektləri və maşını partladıldı

Ukraynanın Donetsk vilayətinin Pokrovsk (keçmiş Krasnoarmeysk) şəhərində "Azərbaycan” Cəmiyyətinin sədri, iş adamı Şahin Bəylərova məxsus bir neçə obyekt - mağaza, kafe, avtoyuma və avtomobillər naməlum şəxslər tərəfindən partladılıb.

 Ş. Bəylərov açıqlama verərək bildirib ki, hadisə gecə saatlarında baş verdiyi üçün insan tələfatı yoxdur.

Partlayış nəticəsində obyektlər tamamilə yararsız hala düşüb, ikisi Ş. Bəylərova məxsus olmaqla, dörd avtomobil sıradan çıxıb./Ans Press/

Partlayış kənardan idarə olunan qurğu ilə törədilib.

Hadisənin kimlər tərəfindən törədildiyi hələlik bilinmir, yerli polis araşdırma aparır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az