"Azərbaycanlı dostlarımızın yanındayıq" - İsrail səfiri

"Region üçün sülh, firavan və ümidli gələcək axtarışlarında azərbaycanlı dostlarımızın yanındayıq”.

"Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tviterində yazıb.

O, Azərbaycan dövlətini və xalqını təbrik edib: "Müstəqilliyin bərpası günün mübarək, Azərbaycan!”.

Səfir həmçinin Azərbaycanla İsrail arasında sıx dostluğun və əməkdaşlığın dərinləşməsinin 30 illiyinin qeyd edildiyini xatırladıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az