Bir qrup azərbaycanlı jurnalist Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” klubuna “Dnepr”lə qarşılaşmada dəstək vermək üçün Kiyevə səfər edəcək.
Vətəninfo.az Azərfax.az-a istinadən xəbər verir ki, 15 nəfərlik heyət oktyabrın 20-də qatarla Bakıdan Tiflisə, oradan isə təyyarə ilə Kiyevə yola düşəcək.Oktyabrın 23-də keçiriləcək qarşılaşmadan öncə jurnalistlər “Olimpiyskiy” stadionuna dostluq yürüşü edəcək,komandamıza bu vacıb oyunda hərtərəfli dəstək verməyə çalışacaqlar.
Təşkilatçıların verdiyi məluamata görə, Kiyevə yollanacaq heyətdə idman jurnalistləri deyil, ictimai-siyasi informasiya portalları, agentlik və qəzet təmsilçiləri təmsil olunacaq. Baş redaktor və redaktorların da daxil olduğu qrup Azərbaycanın faciələrinə və Qarabağ probleminə diqqət çəkəcək müxtəlif aksiyalar da təşkil edəcəklər.
Oyun öncəsi “Qarabağ” klubunun təmsilçiləri və futbolçularımızla görüşəcək media nüməyəndələri səfər təəssüratlarını ölkə mətbuatında bölüşəcək, müxtəlif reportajlar təqdim edəcəklər.
Qeyd edək ki, jurnalistlərin Kiyevə səfəri “Azərsun” brendi olan “Azərçay” və “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən maliyyələşdirilir.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib