Azərbaycanlı zabitin qızı və həyat yoldaşı yatdıqları yerdə öldürüldülər

Azərbaycanlı zabitin qızı və həyat yoldaşı yatdıqları yerdə öldürüldülər
Kiyev vilayətində elektrik enerjisi ilə bağlı ciddi problem var. 3-cü gündür ki, Kiyevin demək olar ki, yarısına elektrik enerjisi verilmir.

Bu barədə Baku TV-nin süjetində qeyd olunub.

Məlumata görə, ötən sutka ərzində Rusiya ordusunun artilleriya və piyada hücumları daha çox Donetsk və Zaporojye vilayətləri istiqamətində olub.

"Zaporojyedəki hücumda özü şərq bölgəsində döyüşdə olan azərbaycanlı Valeh Məmmədovun həyat yoldaşı Svetlana Məmmədova və qızı Aysel Məmmədova artilleriya atəşləri nəticəsində evlərində yatdıqları yerdə həlak olublar”, - deyə bildirilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az