Azərbaycanlıların qələbəsinə şübhəm yoxdur - Gürcü nazir

Azərbaycanlıların qələbəsinə şübhəm yoxdur - Gürcü nazir

Parlament seçkilərində deputatlığa namizədliyini vermiş azərbaycanlı vətəndaşlarımızın seçiləcəyinə mənim heç bir şübhəm yoxdur.  Onlar bu seçkilərdə qalib gələcəklər.
 
APA-nın məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili  "Gürcü Arzusu-Demokratik Gürcüstan” tərəfindən parlament seçkilərində azərbaycanlı namizədlər haqqında bildirib.
 
O, açıqlamasında azərbaycanlı namizədlərin peşəkar olduqlarını, yerli problemləri dərindən bildiklərini bildirib: "Bizim bu namizədlərin qalib gələcəyinə heç bir şübhəmiz yoxdur”, - deyə baş nazir qeyd edib.
 
Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilərdə iştirak etmək üçün "Gürcü Arzusu-Demokratik Gürcüstan”-dan Qardabanidən Savalan Mirzəyev və Marneulidən Ruslan Hacıyev və digər şəxslər namizədliyini irəli sürüblər.
 
Xatırladaq ki, Gürcüstanda parlament  seçkiləri oktyabrın 8-də keçiriləcək. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az